AZ

İrandan şok hədə: ABŞ bazalarını vura bilərik

Vətəninfo.az xəbər verir ki, İranın Tasnim xəbər agentliyinin dərc etdiyi infoqrafikaya görə, İran raketləri Yaxın Şərqin müxtəlif ölkələrində yerləşən Amerika hərbi bazalarını vura bilər.

TasnimNews-un verdiyi xəbərə görə, verilən məlumata görə, Amerikanın Bəhreyn, İordaniya, İraq, Qətər, Səudiyyə Ərəbistanı Krallığı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman, Suriya və Türkiyə kimi ölkələrdəki hərbi obyektləri İran raketlərinin çata biləcəyi məsafədədir. Hazırda ABŞ rəsmiləri bu xəbəri şərh etməyiblər.

Bundan əvvəl bildirilmişdi ki, İran ABŞ-ın İsraillə Tehran arasındakı münaqişəyə müdaxilə edəcəyi təqdirdə Yaxın Şərqdəki Amerika bazalarına mümkün zərbələr üçün raket və hərbi texnikanı hazır vəziyyətə salıb.

İranın müdafiə naziri vurğulayıb ki, bütün bu cür obyektlər İran silahlı qüvvələrinin imkanları daxilindədir və vəziyyət gərginləşərsə, zərbə qərarı dərhal veriləcək.

Seçilən
3
veteninfo.az

1Mənbələr