AZ

İngiltərə müharibəyə qatılır? - Bu görüntü səs-küy YARATDI

İsrail və İran arasındakı münaqişə artıq 7-ci gününə daxil olub.

İsrailin hücumlarında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıri və İnqilab Keşikçiləri Ordusunun komandanı Səlami də daxil olmaqla ən azı 224 nəfər həyatını itirib. İran isə cavab olaraq yüzlərlə pilotsuz uçuş aparatı (PUA) ilə yanaşı, ballistik və hipersonik raketlər ataraq Təl-Əviv, Qüds və Hayfa şəhərlərini hədəf alıb. İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemi bir çox raketi qarşılamadığı üçün ölkədə ən azı 24 nəfər ölüb.

News24.az Haberler-ə istinadla xəbər verir ki, müharibənin 7-ci günündə yayılan bir video sosial şəbəkələrdə qısa müddətdə gündəmə çevrilib.

İngiltərənin “Kraliça Elizabet” təyyarədaşıyan gəmisinin Süveyş kanalından keçdiyi görüntü sosial mediada yayılıb. Daha əvvəl Qırmızı dənizdə Yəmənli husilərə qarşı əməliyyatlarda iştirak edən gəminin bu dəfə Aralıq dənizinə doğru hərəkət etməsinin İsrailə dəstək məqsədi daşıdığı iddia olunur. Gəmidəki qırıcı təyyarələrin İran raketlərinə qarşı müdafiə məqsədilə istifadə oluna biləcəyi bildirilib.

Gəminin Süveyş kanalından keçdiyi görüntülərin İsrailin kəşfiyyat xidməti tərəfindən paylaşılması, gəminin İsrailə yardıma getdiyi ehtimalını daha da gücləndirib. ABŞ-ın döyüş təyyarələrinin İran raketlərinə qarşı müdafiə rolu aldığı bir vaxtda, bu son görüntülər İngiltərə təyyarələrinin də əməliyyatlara qoşulacağını göstərir.

Günel Məlikzadə

Sözügedən görüntüləri təqdim edirik:


Seçilən
5
1
news24.az

2Mənbələr