Bu ilin I rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % artaraq 751,9 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (380,5 milyon ABŞ dolları) idxalı (371,4 milyon ABŞ dolları) üstələməsi nəticəsində 9,1 milyon ABŞ dolları profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0,7 % , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1,1 % azalıb.
Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 79,2 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Ötən il qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri əvvəlki ilə nisbətən 12,5 dəfə azalaraq 0,4 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 61 % artaraq 0,5 milyard ABŞ dolları olub.