Oxu.az saytına istinadən ain.az xəbər verir.
"İşğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması həyata keçirilir".
Oxu.Az-ın Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.
O bildirib ki, Ağdam rayonunun 47 min hektar, Füzuli rayonunun 26.4 min hektar, Cəbrayıl rayonunun 12.6 min hektar, Zəngilan rayonunun 7.1 min hektar, Qubadlı rayonunun 5.7 min hektar, Laçın rayonunun 1.5 min hektar və Kəlbəcər rayonunun 3.9 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası və inkişafı üzrə tədbirlər həyata keçirilir.
Qurum rəsmisinin sözlərinə görə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması tamamlanıb:
"Laçın və Kəlbəcər rayonları üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması davam etdirilir və yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur".
Aləmdə Nəsib
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.