AZ

Hande Erçel və Barış Arduç yeni filmdə

ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

İyunun 18-də Kuruçeşme Divanda baş rollarında Hande Erçel və Barış Arduçun çəkildiyi “Aşkı Hatırla” filminin qalası baş tutub.

Yenisabah.az xəbər verir ki, Hande Erçel tamaşaçıların filmi bəyənəcəyini düşünür:

“Ümid edirəm, tamaşaçılar da çox bəyənəcək”.

Barış Arduç Hande ilə birlikdə üçüncü filmin də çəkiləcəyini vurğulayıb:

“Hande ilə çox yaxşı yola getdiyimizi daha əvvəl də demişdim. Birlikdə işləmək çox zövqlüdür. Üçüncü film də yoldadır”.

Qeyd edək ki, onlar bundan əvvəl "Rüzgara bırak" filmində tərəf müqabili olublar.

Aydan Hacıbalazadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
yenisabah.az

3Mənbələr