AZ

Türkiyə Böyük Millət məclisində DAVA! Deputatlar bir biri ilə yumruqlaşdı FOTO

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

TBMM Sənaye, Ticarət, Enerji, İnformasiya və Texnologiya Komissiyasının Bəzi Qanunlara Dəyişikliklər edilməsi haqqında Qanun layihəsi parlamentdə gərginliyə səbəb olub.

Turkustan.az xəbər verir ki, komissiyaya gələn qanun layihəsi zeytun bağlarında mədənçilik üçün yol aça biləcəyi səbəbiylə müzakirələrin mərkəzindədir.Müxalifətdən olan deputatlar TBMM Sənaye Komissiyasının iclasına ekoloji hüquq müdafiəçiləri və vəkilləri daxil etmək istəyiblər. Parlamentin mühafizəçiləri siyahıda olmayan heç kimi qəbul edə bilməyəcəklərini bildiriblər. AKP və müxalifət deputatları arasında mübahisə düşüb.

Komissiya sədri Mustafa Varank ilə CHP Bursa millət vəkili Orhan Sarıbal arasında mübahisə AK Partiya Əskişəhər millət vəkili Nebi Hatipoğlunun Sarıbalı itələməsi ilə daha da böyüyüb. Deputatlar ara-sıra toqquşurlar. Dava zamanı Varankın Sarıbala "Çıx buradan, kobudluğa bax. Mənə mane ola bilməzsən" dediyi eşidilib.Gərginlikdən sonra komissiyanın iclasına keçən deputatlar qərara etiraz olaraq komissiya skamyalarını vuraraq reaksiyalarını bildiriblər.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr