AZ

Klublararası dünya çempionatı - ən çox maraq doğuran oyunlar, orta tamaşaçı sayı

Klublararası dünya çempionatı-2025-in ilk turunun oyunlarını izləyən tamaşaçıların sayı açıqlanıb.

İdman.biz xəbər verir ki, ABŞ-da keçirilən mundialın ilk 16 matçına 556 369 azarkeş gəlib.

Bu da hər oyunda stadionda orta hesabla 34 773 nəfərin olması deməkdir.

80 619 tamaşaçı ilə PSJ - "Atletiko" ən çox maraq doğuran qarşılaşma olub. Siyahıda daha sonra “Real” – “Əl-Hilal” (62 415) və “Əl-Əhli” – “İnter Mayami” (60 927) matçları gəlir.

Qeyd edək ki, bu gün mundialın qrup mərhələsində 2-ci tura start veriləcək. A qrupunda ilk oyunlarını qolsuz bərabərliklə başa vuran komandalar üz-üzə gələcəklər. “Palmeyras” “Əl-Əhli” ilə, “İnter Mayami” isə “Porto” ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr