AZ

Boğazında qalan balıq sümüyü boynunu deşib çölə çıxdı - FOTO

Taylandda bir qadın arzuolunmaz dəhşətli hadisə ilə üzləşib. O balıq yeyən zaman boğazında ilişib qalan balıq sümüyü qadının boynunu deşib çölə çıxıb. Bu barədə World of Buzz məlumat yayıb.


"Qadın iti, sərt sümüklərə fikir vermədən bir kasa balıq şorbası yediyini deyib. Az sonra taylandlı qadın boğazında kəskin ağrı hiss edib. Yad cisimdən qurtulmağa çalışan zavallı əlavə yemək də udub və hətta barmağı ilə sümüyü çıxarmağa çalışıb. Lakin bütün cəhdlər heç bir nəticə verməyib. Bu cəhdlər yalnız sümüyü toxumaya daha dərindən sıxmağa kömək edib və iltihaba səbəb olub", - nəşr yazıb.

Maraqlıdır ki, xəstəxanaya gedən qadın rentgendə balıq sümüyünün aşkar olunmaması ilə bağlı cavab alıb. Mütəxəssislər güman ediblər ki, artıq sümük həzm sistemindən keçib. Lakin qadının vəziyyəti daha da pisləşib: qalxanabənzər vəzinin iltihabına bənzəyən simptomlar yaranıb. İki həftə sonra, ağrı maksimuma çatdıqda, sümük birdən-birə dəridən də çölə çıxmağa başlayıb.

"Ər dərhal arvadını Bueng Sam Phan Xəstəxanasına aparıb və ikinci həkim qəbulu, rentgendən sonra boğazda sümüyün ilişib qalması təsdiqlənib. Qadın təcili cərrahiyyə əməliyyatı keçirib və bu müddətdə həkimlər yad cismi uğurla çıxarıblar. Həkimlərin sözlərinə görə, bu, onların təcrübəsində ilk belə hal olub", - nəşr yazıb.

Tural

Seçilən
3
news365.az

1Mənbələr