Bu ilin yanvar-may aylarında Azərbaycanın Avropa İttifaqı ölkələri (Aİ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin müvafiq dövrünə nisbətdə 20,8 faiz artaraq 9 milyard dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Aİ ölkələrinə ixrac: 7,8 milyard dollar (+21,5 faiz)
Aİ ölkələrindən Azərbaycana idxal: 1,2 milyard dollar (+16,8 faiz)
Ümumi ticarət dövriyyəsindəki payı:
Cari ilin ilk 5 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 43,2 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 2,56 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi