AZ

Odlar Yurdu Universiteti ötən ili mənfəətlə başa vurub

BAKI, 19 iyun. TELEQRAF

Ötən il üzrə Odlar Yurdu Universitetinin aktivləri 10 milyon 383 min 907.52 manat olub.

Teleqraf təhsil müəssisəsinin konsalidə edilmiş maliyyə hesabatının audit rəyinə istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə aktivlər 15,5 faiz artıb.

Maliyyə göstəricilərinə görə, universitet ötən ili 11 milyon 386 min 084.75 manat mənfəətlə başa vurub. Əlavə olaraq, ötən il 56 min manat mənfəət vergisi ödəyib

Universitetin öhdəlikləri isə 25 faiz azalıb. Belə ki. 2023-cü ildə universitetin öhdəliyi 2 milyon 840 min 555manat həcmində idisə, 2024-cü ildə 2 milyon 129 min 340 manata enib.

Həmçinin, universitet ötən il dövlətə olan 725 min 396 manatlıq vergi borcunu da bağlayıb.

2024-cü ildə nizamnamə kapitalının həcmi dəyişməyərək 1 milyon manat təşkil edib. Kapital ehtiyatı isə 2023-cü illə nisbətdə 10 dəfədən çox artaraq 5 milyon 598 min 833 manat həcmində olub.

Seçilən
95
10
teleqraf.com

6Mənbələr