İsraildə qalmaqallı hadisə baş verib.
Musavat.com xəbər verir ki, Ukraynada müharibədən qaçaraq İsrailə sığınan qadın hava hücumu zamanı yaxınlıqdakı bombadan qorunma sığınacağına (бомбоубежище) daxil olmaq istəyib.
Lakin oradakı sakinlər onun girişinə icazə verməyiblər.
Hadisənin videosunda görünür ki, sığınacaqda olan iki nəfər – bir kişi və bir qadın – qapını açmadan içəridən “Mest net” (yer yoxdur) cavabını verirlər. Qaçqına bildirilib ki, “biz yad insanları içəri buraxmağa məcbur deyilik”.
Qadın mətbuata açıqlamasında bildirib ki, müharibədən qaçıb yeni həyat qurmaq istədiyi İsraildə bu cür münasibətlə qarşılaşacağı ağlına belə gəlməzdi. Onun sözlərinə görə, belə halların təkcə ona deyil, digər qaçqınlara da tətbiq edildiyi hallar olub.
Hadisə sosial şəbəkələrdə rezonansa səbəb olub və insan haqları təşkilatları tərəfindən tənqid olunub. Müzakirələrdə İsraildə müharibə şəraitində yaranan sosial münasibətlər və “seçilmişlər – digərləri” təbəqələşməsi haqda narahatlıqlar gündəmə gətirilib.
Sosial şəbəkələrdə yayılan bu video bir çox israilli və beynəlxalq müşahidəçilərin diqqətini cəlb edib. Hadisənin detalları araşdırılır.
Musavat.com