Tərtər, Bərdə, Goranboy və Yevlaxın su təminatı yaxşılaşdırıldı

"Tərtərçay Sol Sahil suvarma kanalının yenidən qurulması layihəsi çərçivəsində 20 kilometr uzunluğunda magistral kanalın bərpası artıq yekunlaşıb".
Gender.az xəbər verir ki, oxu.az-ın Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.
O bildirib ki, kanalın suburaxma qabiliyyəti saniyədə 21 kubmetr təşkil edir:
"Bu yenidənqurma nəticəsində Tərtər, Bərdə, Goranboy və Yevlax rayonlarında 30 min hektara yaxın torpaq sahəsinin su təminatı yaxşılaşdırılıb".