AZ

Amerikalı bütün ölkələri gəzərək dünya rekordu qırdı: Bakı onun sevimli şəhərlərindən biridir

Detroytdan (ABŞ) olan 36 yaşlı rejissor Maykl Zervos dünya üzrə bütün 195 ölkəni cəmi 499 gündə gəzərək "Ginnesin rekordlar kitabı"na düşüb.

Bu, əvvəlki rekorddan 55 gün tezdir.

Gender.az xəbər verir ki, o, səyahətinə 18 yanvar 2024-cü ildə başlayıb.

Evini sataraq öncə Rusiyaya, sonra Türkiyəyə, ardınca Afrika, Yaxın Şərq, Asiya, Okeaniya, Avropa, Cənubi Amerika və Karib marşrutu üzrə gedib.

Hər ölkədə ən azı bir gecə qalıb (Vatikan istisnadır, çünki orada hotellər yoxdur).

Əlbəttə, səyyah Azərbaycandan da yan keçməyib. O, 2025-ci ilin yanvarında Bakıda olub, görməli məkanları ziyarət edib, milli mətbəximizdən dadıb və yerli sakinlərlə söhbət edib.

Nəticədə Maykl Zervos etiraf edib ki, ən sevdiyi şəhərlərdən birini tapıb.

Səyahət zamanı o, həmçinin video çəkib və yerli sakinlərdən "Həyatınızda ən xoşbəxt an nə olub?" sualını soruşub.

Maraqlıdır ki, azərbaycanlılardan biri bu anı Ermənistan işğalından azad olunmuş torpaqlara qayıdış kimi göstərib.

Seçilən
0
1
gender.az

2Mənbələr