Rusiya Premyer Liqasında 2024-25 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, azarkeşlərin səsverməsinin nəticələrinə əsasən, “Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar”ı çalışdıran Murad Musayev mövsümün ən yaxşısı seçilib.
2-ci yerə Marko Nikoliç (MOİK), 3-cü pilləyə isə Zaurbek Tedeyev (“Akron”) layiq görülüb. “Krasnodar” Murad Musayevin rəhbərliyi altında Rusiya Premyer Liqasının 2024-25 mövsümünün qalibi olub.
Qeyd edək ki, mütəxəssis 2021-2024-cü illərdə “Sabah”a baş məşqçilik edib.