ain.az, News24 saytına istinadən bildirir.
ABŞ-da çalışan həkim Dr. Christine Adaeze Nwoha, restoran və ya kafe kimi yerlərdə heç vaxt sifariş etmədiyi 4 yüksək riskli qida barədə xəbərdarlıq edib. Bu qidaların bakteriya, viruslarla çirklənmə riski yüksəkdir və ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.
News24.az həkimin uzaq durduğu 4 qidanı təqdim edir:
1. Limon və laym dilimləri
İçkilərə əlavə olunan bu meyvələr tez-tez yuyulmadan istifadə olunur.Yerə düşüb təkrar istifadə edilə, təmizlənməmiş əllərlə toxunula bilər.
2. Buz küpləri
Buz aparatları nadir hallarda tam təmizlənirBakteriyalar donma şəraitində də sağ qala bilərƏllərini yuyamayan personalın toxunması ilə çirklənə bilər.
3. Az bişmiş ət (xüsusilə hamburgerlər)
Qıymanın içərisinə bakteriyalar yayılmış ola bilər.Az bişmiş hamburgerlərdə E.coli və salmonella riski yüksəkdir.
4. Çiy xərçəng
Vibrio vulnificus adlı ölümcül bakteriya daşıya bilərİmmuniteti zəif olanlarda sepsis və ölümə səbəb ola bilərHətta sağlam şəxslər üçün də təhlükəlidir.
Günel Məlikzadə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.