2025-ci ilin ilk beş ayında ictimai iaşə sahəsində dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
Valyuta.az xəbər verir ki, yanvar-may aylarında ölkədə ictimai iaşə müəssisələrinin dövriyyəsi 987 milyon 874,9 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründə 801 milyon 810,5 min manat olub.
Beləliklə, bir il ərzində dövriyyədə 186 milyon 064,4 min manat və ya 23,2 faiz artım qeydə alınıb.