ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatında qruplarda 1-ci tur başa çatıb.
İdman.biz xəbər verir ki, keçirilən 16 oyunda ümumilikdə 44 qol vurulub.
Bu da hər oyunda orta hesabla 2,75 qol deməkdir.
Rəqib qapısından 3 top keçirən "Bavariya"lı Camal Musiala hazırda mundialın bombardiridir.
Kinqsli Koman, Tomas Müller, Maykl Olise (hər üçü "Bavariya"), Fransisko Konseysao və Randal Kolo Muani (hər ikisi "Yuventus") hərəyə 2 qol vurublar.
31 futbolçu hərəyə bir dəfə fərqlənib.
İdman.biz