AZ

Ukrayna - Azərbaycan oyununun stadionu açıqlandı

Ukrayna və Azərbaycan milli komandaları arasında futbol üzrə 2026-cı il dünya çempionatının seçmə oyununun keçiriləcəyi stadion açıqlanıb.
 
Moderator.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Polşanın Vrotslav şəhərindəki "Tarçinski Arena"da təşkil olunacaq.
 
Oktyabrın 13-də baş tutacaq D qrupunun IV tur qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
 
Qeyd edək ki, "Tarçinski Arena" 2011-ci ildə istifadəyə verilib. AVRO-2012-nin 3 oyununa ev sahibliyi etmiş stadion 42 771 tamaşaçı tutumuna malikdir.
 
Ukrayna millisi Rusiya ilə müharibə səbəbindən rəqiblərini öz ölkəsində qəbul edə bilmir.
 
D qrupunda Azərbaycan və Ukraynadan əlavə, Fransa ilə İslandiya milliləri də yer alıb.
Seçilən
1
1
moderator.az

2Mənbələr