Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, iyunun 20-də hərbçi Ələsgərov Fuad Cəfər oğlu Tovuz rayonunda Ağbaşlar kənd qəbiristanlığında dəfn ediləcək.