AZ

Rəsmi İrəvan təsdiqlədi: Paşinyan Türkiyəyə işgüzar səfərə gedəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə işgüzar səfərə gedəcək, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi brifinqdə Türkiyəyə səfərin gündəliyi ilə bağlı birgə bəyanatın dərc olunacağını bildirib.
Bundan əvvəl Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcəyi barədə məlumat yayılmışdı. Ermənistan Parlamentinin sədri Alen Simonyan bu səfəri “tarixi səfər” adlandırıb.

Surxay Əliyev

Seçilən
5
baki-xeber.com

1Mənbələr