AZ

Riera "Sabah"la bağlı danışdı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Sabah"ın rəqibi olan Sloveniyanın "Sele" klubunun baş məşqçisi Albert Riera püşkü dəyərləndirib.

Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı klubun rəsmi saytına müsahibəsində belə deyib.

"Unutmaq olmaz ki, hər komanda daxili çempionat və ya kubok vasitəsi ilə bu turnirə vəsiqə qazanır. Bu da onların ciddi rəqib və müəyyən keyfiyyətlərinin olması deməkdir. İlk rəqibimiz "Sabah" olacaq. Hələlik bu matçlara zamanınız var. Rəqibi hərtərəfli təhlil edəcəyik. Biz özümüzə inanırıq. Çünki ötən mövsüm keyfiyyətli rəqiblərə qarşı yaxşı mübarizə aparmışıq".

Qeyd edək ki, “Sabah” “Sele”yə qarşı ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Seçilən
4
5
fanat.az

6Mənbələr