AZ

“Oqtay Paşinyanı döyüb Elçinin velosipedini ondan aldı” —Xalq artistindən AÇIQLAMA

“İrəvandan çıxmağımız indiyə qədər yadımdadır. 1989-cu il idi. Biz teatrla qastrolda idik. Qayıdanda gördük ki, artıq heç kəs yoxdur. Teatr bağlandı, əşyaların hamısını talan etdilər. İrəvandan ən son çıxan sakinlərdən idik. Mənim teatrda Şamil Dəmirçiyev və Səmayə İsmayılova adlı iş yoldaşlarım var idi. Ermənilər onlara demişdi ki, qapıdan çıxsanız sizi öldürəcəyik. Benzini qapılarının üstünə tökmüşdülər ki, evləri yansın. Biz 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yaşayırdıq. Göy məscidə yaxın idik. Şəhərin düz mərkəzində, Lenin prospekti 2-də qalırdıq. Mən evdə olmamışam, gəlib benzini tökmüşdülər. Qonşum çıxıb demişdi ki, sən o evi yandırsan, mənim evim də bitişikdir, o da yanacaq. Həmin qonşu onlara mane olmuşdu”.

Demokrat.az Moderator.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında xalq artisti Vidadi Əliyev deyib. O daha sonra əlavə edib:

“Evdən əşyaları çıxaranda ermənilər 17-18 yaşındakı uşaqları qabağa verdilər ki, dağıtsınlar. Komendant saatı idi, tanklar şəhərdə idi. Gedib dedim ki, bu uşaqları gəlin kənara çəkin. Həmin erməni mənə dedi ki, gedin işinizlə məşğul olun, həmin əşyaları uşaqlar yandırmasalar gərək gəlib mən yandırım” deyə o bildirib.

Xalq artisti daha sonra Ermənistanın Baş Naziri Nikol Paşinyanın uşaqlığından da danışıb:

“Mən əslində Lenin prospektində yeni yaşayırdım. Əvvəl yeni massiv adlanan ərazidə yaşayış yerində qalırdıq. İki otaqlı ev idi. Paşinyanın da qohumları bizimlə qonşu idi. Tez-tez gəlib övladlarımla oynayırdı. Paşinyan gəlib oğlum Elçinin velosipedini qaçırtmışdı. Elçin də davadan-dalaşdan, söyüşdən uzaq uşaq idi. Oqtay yoldaşları ilə gedib Paşinyanı tapıb, onu döyüb velosipedi almışdı” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, əzəli torpaqlara qayıdacağı günü səbirsizliklə gözləyir:

Seçilən
0
3
demokrat.az

4Mənbələr