İlk dəfə Azərbaycanın 6 universiteti dünyanın “QS World University Rankings 2026” sıralamasında ən yaxşı 1000 universitet sırasına daxil olub.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.
Osman Gündüz bildirib ki, əvvəllər bu reytinqdə yalnız 3 universitetimiz olub:
“İlk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-də yer alır.
AzTU isə son illərdə əldə etdiyi uğurlar sayəsində nəinki TOP 1000-də yer alıb, həm də ölkə üzrə bu sıralamada xeyli yüksək nəticə əldə edib.
Bu nüfuzlu və etibarlı reytinqdə qiymətləndirmə meyarlarına akademik nüfuz, elmi tədqiqatların təsiri, işəgötürənlərin universitet məzunlarına verdiyi dəyər, tələbə-müəllim nisbəti, sitat sayı və beynəlxalq tələbə və müəllim heyətinin payı daxildir.
Qeyd edək ki, “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə nəticələrinə görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir.
Azərbaycandan reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 3 dəfə çoxdur”.