AZ

Stiv Cobsa görə uğurlu insanları birləşdirən iki xüsusiyyət - 40 il əvvəl açıqlamışdı

Uğurun əsasını ideya, yoxsa onun reallaşdırılması təşkil edir? Bu, illərdir müzakirə olunan bir mövzudur.

Valyuta.az-ın məlumatına görə, Inc.com platformasında köşə yazarı Ceff Heyden qeyd edir ki, bir çox uğurlu insanlar məhz ideyanın əsas rol oynadığını düşünür.

"Digər rəhbərlər və sonra menecerlər mənə deyirdilər ki, sexdə çox vaxt keçirirəm. Onlar deyirdilər ki, daha çox planlaşdırma ilə məşğul olmalıyam. Daha çox strateji yanaşmaya, az taktiki fəaliyyətə üstünlük verməliyəm. Daha çox düşünməli, az hərəkət etməliyəm", deyə Heyden yazır.

O əlavə edir ki, ofisdə oturaraq heç vaxt faydalı bir fikir tapa bilməyib, bütün yaxşı ideyalar onun ağlına istehsalat meydançasında işçilərlə ünsiyyət zamanı gəlib.

Heydenin fikrincə, bu ziddiyyətin sadə izahı var: yaxşı ideya tapmaq üçün əvvəlcə həll edilməli olan problemi görmək lazımdır. Bu baxımdan o, “Apple” şirkətinin təsisçisi Stiv Cobsa istinad edir. Cobs hələ 40 il əvvəl uğur qazanmaq üçün insanda həm düşüncə, həm də fəaliyyət qabiliyyətinin birləşməli olduğunu deyirdi.

“Müşahidələrim göstərir ki, fəaliyyətdə olan insanlar əslində başlıca düşünənlərdir. Bu sahəni dəyişən insanlar – həm düşünən, həm də icra edən şəxsiyyətlərdir. Nəyi isə düşündüyünüzə görə özünüzə asanlıqla kredit yaza bilərsiniz. Demək asandır: “Aa, mən bunu üç il əvvəl düşünmüşdüm”. Amma bir az dərinə getsəniz, görərsiniz ki, həqiqətən nəsə yaradan insanlar o mürəkkəb intellektual problemlər üzərində çalışanlardır”, deyə Cobs bildirib.

Bu prinsipin necə işlədiyinə dair Cobsun özü əyani nümunə olub. 1970-ci illərin sonlarında o, ilk ticari uğur qazanmış fərdi kompüteri yaratmışdı. Halbuki fərdi kompüterin konsepsiyası və ilk modelləri ondan əvvəl başqaları tərəfindən hazırlanmışdı.

Eyni hal 2007-ci ildə də təkrarlanmışdı. Cobs ilk geniş yayılmış ağıllı telefonu təqdim etdi və bu, mobil rabitə sənayesində inqilaba səbəb olub. O, bu ideyanın ilk müəllifi olmasa da, onu praktik və əlçatan şəkildə reallaşdırmağı bacarıb.

Paşa Məmmədli
 

Seçilən
30
valyuta.az

1Mənbələr