AZ

İrana 13 tonluq superbomba ata bilərlər

İrana

ABŞ İsrail-İran müharibəsinə müdaxilə edərək İranın əsas nüvə bazasını məhv etmək üçün 13 tonluq superbombadan istifadə edə bilər.

Reyting.az
“Axios”a istinadla xəbər verir ki, söhbət ABŞ-nın ən güclü qeyri-nüvə bombalarından birindən - 13600 kiloqramlıq GBU-57 E/B Massive Ordnance Penetrator (MOP) haqqında gedir. Bu, son dərəcə dərində qorunan ərazilərə nüfuz edə bilən bombadır.

Qeyd olunur ki, qalın qaya təbəqəsi altında yerləşən Fordoda İranın nüvə obyekti adi İsrail təyyarələri üçün əlçatmazdır. MOP bu hədəfi məhv etməyə qadir olan yeganə qeyri-nüvə silahıdır. O, böyük məsafədə maneəsiz fəaliyyət göstərə bilən “B-2” Spirit stels bombardmançılarından atıla bilər.

Mütəxəssislərin fikrincə, Fordonun məhvinə zəmanət vermək üçün ən azı iki belə bombanın məqsədyönlü istifadəsi tələb olunur.

ABŞ-nın hərbi müdaxiləsi görünməmiş bir addım olardı. MOP əvvəllər əsl münaqişədə istifadə olunmayıb. Amma İran ətrafındakı vəziyyət, xüsusən də İsrailin tamamilə məhv etmək istədiyi nüvə proqramı Vaşinqtonu bu addımı atmağa vadar edə bilər.

V. QULİYEV
Seçilən
4
1
reyting.az

2Mənbələr