AZ

Bakıda binanın damında qanunsuz inşa olunan hovuz sökülüb

Azadlıq prospekti, 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.

 

Senzor.az bildirir ki, bu barədə Nəsimi Rayon İcra Hakimiyyəti məlumat yayıb.

 

Qeyd edilib ki, məsələ ilə bağlı icra hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.

 

"Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, bu qanunsuz tikililər binanın dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb", - məlumatda vurğulanıb.




Seçilən
0
45
senzor.az

10Mənbələr