AZ

Ermənistandan Gürcüstana kərpic adı ilə 298 kq heroin gətirilib — yük maşınının sürücüsü saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi 298 kiloqram heroin müsadirə edib, bu barədə mətbuat konfransında daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib. Oxuməni.az “Ngnewsgeorgia”ya istinadla xəbər verir.

Müsadirə edilən yükün “qara bazar”da dəyəri təxminən 85 milyon lari (təx.53,13 milyon manat.red) təşkil edir ki, bu da 30 milyon dollardan çoxdur.

Narkotiklə dolu yük maşını Ququti gömrük-keçid məntəqəsindən Ermənistandan Gürcüstana daxil olub və Batumi vasitəsilə Avropaya getməli idi. Gömrük sənədlərinə əsasən, yük maşınına odadavamlı kərpic yüklənib.

Heroin kərpici imitasiya edən 600 ədəd plastik qablarda aşkar edilib. Avtomobili Gürcüstan vətəndaşı idarə edirdi, o, saxlanılıb. İstintaqla əlaqəsi olan digər şəxslər də müəyyən edilir.

Cinayət 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur.

Almaz Həsənli

Seçilən
5
1
oxumeni.az

2Mənbələr