AZ

Bakıda kəmər dərəcələri üzrə imtahan keçiriləcək

İyunun 21-də Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.

"Football-plus.az" xəbər verir ki, ACF-nin inzibati binasıda keçiriləcək imtahanda 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar iştirak edə bilər.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridi.

Seçilən
1
7
football-plus.az

8Mənbələr