AZ

Yazıçılar Birliyinin sədri Mədəniyyət Nazirliyini tənqid etdi: "Dəfələrlə məktub yazmışam"

"Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və Cəfər Cabbarlının ev-muzeyi pis vəziyyətdədir. Mən dəfələrlə Mədəniyyət Nazirliyi qarşısında bu mövzuları qaldırmışam, məktub yazmışam, amma nəticəsi olmayıb. Hətta Cəfər Cabbarlının ev-muzeyinə gedib yerində baxmışam, məktub yazmışam". Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

 

O daha sonra bildirib ki, özəl qurumlar da bu mövzuda təşəbbüs göstərə bilərlər:

 

"Mənim özəl qurumlarla heç bir əlaqəm yoxdur, Yazıçılar Birliyinin də o cür imkanları yoxdur. Yazıçılar Birliyi gərək ədəbiyyatın keşiyində dursun. Bu Mədəniyyət Nazirliyinin işidir. Mənə elə gəlir ki, gec-tez düzəldəcəklər. Bu vəziyyət mənə də xoş deyil. Yerli bələdiyyələr, icra hakimiyyətləri də təşəbbüs göstərə bilərlər. Mənim şəxsi imkanım da yoxdur. Bir az imkanım var idi, atamın ev-muzeyinə xərclədim", - deyə o bildirib.


Seçilən
0
2
azia.az

3Mənbələr