AZ

Rusiya ABŞ-yə İranla bağlı xəbərdarlıq etdi

BAKI, 19 iyun. TELEQRAF

“Rusiya ABŞ-ni İrana qarşı hərbi əməliyyatlara müdaxilə etməkdən çəkindirir, çünki bu, idarəolunmaz nəticələrə səbəb ola bilər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Vaşinqtonu vəziyyətə hərbi müdaxiləyə qarşı xəbərdar etmək istərdik ki, bu, gözlənilməz mənfi nəticələri olan son dərəcə təhlükəli addım olardı”, - o bildirib.

Seçilən
12
4
teleqraf.com

6Mənbələr