Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının iştirakçıları Qarabağa səfər çərçivəsində Füzulidən sonra Şuşa şəhərinə gediblər.
Nümayəndə heyəti Şuşa şəhərində tarixi məkanlar, o cümlədən şəhər meydanı, Qala divarı və Cıdır düzü ilə tanış olacaq.