AZ

Finlandiya Rusiya təhdidinə qarşı yeni addım atıb

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Finlandiya parlamenti 19 iyun tarixində, piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxmaq üçün səs verdi.

Bizimyol.info xəbər verir ki, bu addım, Rusiyanın hərbi təhdidinə dair narahatlıqlar fonunda atılıb.

Finlandiya, Rusiya ilə həmsərhəd olan və ya Rusiyaya qarşı güclü müdafiə mövqeyi tutan digər Avropa İttifaqı və NATO üzvü olan Litva, Latviya, Estoniya və Polşa ilə birgə Konvensiyadan çıxan və ya çıxmağı planlaşdıran ölkələr sırasına qoşulub.

Finlandiyanın xarici siyasət və təhlükəsizlik siyasəti üzrə prezidenti Aleksandr Stubb bu addımı müdafiə edib. "Reallıq budur ki, qonşumuz aqressiv imperialist bir dövlət olan Rusiya, Ottava sazişinin üzvü deyil və qəddarlıqla torpaq minalarını tətbiq edir", - deyə o qeyd edib.

BMT-nin baş katibi Antonio Quterreş daha əvvəl bütün dövlətləri mövcud müqavilələrə riayət etməyə və onlardan çıxmaq üçün hər hansı bir addım atmamağa çağırıb.

Quterreşin narahatlığına cavab olaraq, Finlandiyanın müdafiə naziri Antti Hjakkanen bildirib ki, çıxma məqsədi sivil əhalinin qorunması və insan itkilərinin minimuma endirilməsi məqsədi daşıyır.

"Mən hesab edirəm ki, hökumətimiz və parlamentimiz Finlandiyaya qarşı hücum riskini azaltmaq üçün tədbirlər görməyə borcludur. Rusiya təhdidindən qorunma prioritetdir", -deyə o, "X" sosial şəbəkəsində yazıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
273
15
bizimyol.info

10Mənbələr