Bu ilin yanvar-may aylarında Azərbaycana 19 min 935 ton ət idxal edilib.
Bu həcmdə ətin dəyəri 41 milyon 132 min ABŞ dollar olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 242 ton (10,1 %), dəyər baxımından isə 7 milyon 320 min ABŞ dolları (15,1 %) azdır.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.
© Report