AZ

12 saat sonra dəhşətli əməliyyat BAŞLAYACAQ - Bu dövlətlər müharibəyə GİRİR

İsrail mediasında yayılan məlumat beynəlxalq ictimaiyyətin diqqətini çəkib. İsrailin nüfuzlu “Kanal 12” televiziya kanalı ABŞ-ın bu gecə İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyi barədə sensasion iddia irəli sürüb. Kanalın məlumatında bildirilir ki, Vaşinqtonun Yaxın Şərqdə gərginliyi daha da artıracaq bu addımı atmaq ehtimalı ciddi şəkildə müzakirə olunur.

Hazırda məsələ ilə bağlı rəsmi dairələrdən açıqlama verilməyib. ABŞ və İran arasında uzun müddətdir davam edən siyasi və hərbi gərginlik fonunda bu kimi xəbərlər regionda vəziyyətin daha da kəskinləşəcəyi ehtimalını gündəmə gətirir.

Məsələ ilə bağlı News24.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, hazırda baş verənlər ABŞ-nin birbaşa iştirakı ilə başlanan müharibə deyil, daha çox İran və İsrail arasında davam edən qarşıdurmanın yeni mərhələsidir:

"Birləşmiş Ştatlar bu müharibədə həlledici rol oynamaq niyyətində deyil. Bu, ABŞ-nin müharibəsi deyil. İran və İsrail öz aralarında münasibətləri aydınlaşdırmalıdır. ABŞ Konqresinin bu məsələdəki mövqeyi də həlledici amildir. Müharibə qərarı yalnız Prezident tərəfindən deyil, eyni zamanda Konqresin təsdiqi ilə həyata keçirilməlidir. Keçirilən son qapalı müzakirələr göstərdi ki, ABŞ bu mərhələdə müharibəyə birbaşa müdaxilə etmək qərarı verməyib”.

Politoloq onu da əlavə edib ki, hərbi cəhətdən Vaşinqton İsrailə dəstəyini davam etdirir:

“ABŞ birbaşa hərbi müdaxilədən çəkinməsinə baxmayaraq, İsrailə hava dəstəyi də daxil olmaqla müxtəlif formalarda yardım göstərir. Bu dəstək hərbi texnika, kəşfiyyat məlumatları və diplomatik sahələri əhatə edir. Ancaq bu, müharibənin birbaşa iştirakçısı olmaq anlamına gəlmir".

İlyas Hüseynovun fikrincə, ABŞ bölgədəki mövcudluğunu da nəzərə alaraq ehtiyatlı davranır:

“ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazaları İran üçün potensial hədəfdir. Əgər ABŞ birbaşa müharibəyə daxil olsa, bu bazalar İranın raket və dron hücumlarına məruz qala bilər. Bu da regional münaqişənin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsinə səbəb olar".

Aqil Qarayev

Seçilən
3
4
news24.az

5Mənbələr