İqtisadiyyat Nazirliyində bp şirkətinin baş icraçı direktoru ilə görüş keçirilib.
Yenisabah.az xəbər verir ki, bp şirkətinin baş icraçı direktoru ilə görüşdə şirkətin ölkəmizdəki fəaliyyəti, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla görüşüb.
Görüşdə bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətli rolu vurğulanıb. Qeyd olunub ki, ölkəmiz bərpa olunan enerji sahəsində böyük potensiala malikdir.
Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə bp arasında əldə edilmiş yeni razılaşmaların enerji sahəsində uğurlu strateji tərəfdaşlığın genişləndirilməsi baxımından önəm kəsb etdiyi bildirilib. bp-nin ölkəmizdə həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması, innovativ texnologiyaların tətbiqinin önəmi qeyd edilib.
Tərəflər şirkətin ölkəmizdəki fəaliyyəti, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Telegram kanalımız