AZ

Bolqarıstan da İrandakı səfirliyini Azərbaycana KÖÇÜRDÜ

Bolqarıstan İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar Tehrandakı səfirliyinin diplomatik heyətini və onların ailələrini Azərbaycana təxliyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib.

O qeyd edib ki, Bolqarıstan Tehrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar Azərbaycana təxliyə edib.

Jelyazkov bildirib ki, İsrailin sakinlərə Tehranın üçüncü bölgəsini təxliyə etməyi tövsiyə etməsindən sonra səfirlikdən 12 nəfər və onların ailə üzvləri təxliyə edilib.

“Bolqarıstan səfirliyi bu ərazinin bilavasitə yaxınlığındadır və biz diplomatlarımızın ölkəni tərk etməsinə qərar verdik. Səfirlik Bakıdan fəaliyyətini davam etdirəcək”, - Baş nazir qeyd edib.

Qeyd edək ki, daha əvvəl Macarıstan İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi səbəbindən öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb.

Bizim.Media

Seçilən
3
8
bizim.media

10Mənbələr