AZ

"Barselona"nın azərbaycanlı qapıçısı: "Məndən razıdırlar"

"İlk dəfə böyüklər komandasında oynadığım üçün təcrübə qazandım".
 
Moderator.az-ın xəbərinə görə, bu sözləri İspaniyanın "Barselona" futbol klubunun azərbaycanlı qapıçısı Eldar Tağızadə Azerisport.com saytına müsahibəsində İspaniyanın "Tudelano" klubunda icarə əsasında başa vurduğu ötən mövsümü dəyərləndirərkən deyib.
 
"Komandanın ən gənclərindən biri idim. Futbolu başqa tərəfdən gördüm və bu da mənim üçün yenilik oldu. Əvvəlki bütün komandalarım müəyyən yaş həddində idilər", - deyə o bildirib.
 
Eldar Tağızadə bir ildən sonra "Barselona"nın ikinci komandasına qayıtmazdan öncə özünü daha əmin hiss etdiyini deyib.
 
"Bir ildə böyüdüm. "Tudelano" kimi komandaya düşmüsənsə, böyüməlisən ki, mən də bütün mövsüm ərzində bunu etdim", - deyə o qeyd edib.
 
Futbolçu, həmçinin komandada gələcək planlarından da bəhs edib.
 
"Mən "Barselona"nın ikinci komandasına qayıdıram. İndi qarşıma məqsəd qoyuram - Kataloniya klubunda qalmaq və burada möhkəmlənmək. Ötən mövsüm ərzində məni izləyirdilər, oyunuma nəzarət edirdilər. Hələ ki, məndən razıdırlar. Qalanı məndən asılıdır", - deyə Eldar Tağızadə əlavə edib.
Seçilən
14
moderator.az

1Mənbələr