AZ

Gözləri görməyən şəxs qətlə görə ağır cəzalandırıldı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda uzaq qohumunu qətlə yetirməkdə təqsirləndirilən görmə məhdudiyyətli Qulu Abbasovun cinayət işinin yekun məhkəmə iclası olub.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən son iclasda prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 17 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hakim hökmü elan edib: Qulu Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Qaradağ rayonunun ərazisində baş verib. Qulu Abbasov onu təhqir etdiyi üçün qohumu Xanlar Əmirovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Elgün Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
oxu.az

1Mənbələr