AZ

“Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edir

“Turan Tovuz” heyətini yeni legionerlə gücləndirir.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, Tovuz klubu tezliklə David Tavareşlə müqavilə imzalayacaq.

Tam adı David Xose Qomes Oliveira Tavareş olan yarımmüdafiəçi “Benfika”nın yetirməsidir.

26 yaşlı futbolçu 2018-ci ildə “Benfika”nın B komandasında forma geyib. 1 il sonra Lissabon təmsilçisinin əsas komandasına cəlb olunsa da, əsas heyətdə möhkəmlənə bilməyib. 2020-2021 mövsümünü icarə əsasında “Moreirense”də keçirib. Daha sonra “Famalikao”ya keçən Tavaraş 2023-2024 mövsümündə icarə əsasında “Torreense”də forma geyib. O, son mövsümdə Rumıniyada legioner həyatı yaşayıb. “Qloria Buzau”da 27 matça çıxan Tavareş 1 qol vurub.

Portuqaliyada anadan olan futbolçu bu ölkənin U-17 (3 oyun), U-18 (2 oyun) və U-19 (4 oyun) yığmalarında çıxış etsə də, 2023-cü ildən Kapo-Verde millisində forma geyir.

İdman.biz

Seçilən
6
1
idman.biz

2Mənbələr