AZ

Məşqçinin cəzası bir ildən 6 oyuna endirildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, yığıncaqda “Şamaxı” və “Laçın Mərkiz” klublarının şikayətinə baxılaraq, müvafiq qərarlar qəbul edilib.

U-15 Liqasında çıxış edən Şamaxı təmsilçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Komandanın “Metak”la keçirilən matçda adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovun pozuntuya yol verməsinə görə ona 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan olunma cəzası əsassız və AFFA İntizam Məcəlləsinə zidd olduğu üçün ləğv edilib. Məşqçi 6 oyun kənarlaşdırılıb, klub 500 manat məbləğində cərimə edilib.

Bundan başqa, həvəskarlar liqasında mübarizə aparan “Laçın Mərkiz” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. “İstiqlal”la keçirilməli olan görüş zamanı komandanın üzvlərinin geyimləri ilə bağlı yaranmış ziddiyyətlə əlaqədar olaraq oyun baş tutmadığı üçün hər iki komandaya xəbərdarlıq edilməsi və matçın yenidən keçirilməsi barədə qərar qüvvədə saxlanılıb.

Seçilən
7
unikal.az

1Mənbələr