AZ

SpaceX in Starship raketi sınaq uçuşundan əvvəl partlayıb Video

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

"SpaceX"in "Starship" raketi ABŞ-ın Texas ştatında sınaq uçuşu başlamazdan əvvəl nasazlıq göstərib və partlayıb.

Bizimyol.info xəbər verir ki, "SpaceX"in sosial media platforması "X"də edilən açıqlamada, 10-cu uçuş sınağına hazırlaşan raketin yerli vaxtla saat 23:00 radələrində "böyük anomaliya yaşadığı" bildirilib.

Açıqlamada sınaq müddətində sahənin ətrafında təhlükəsiz ərazinin yaradldığı və hadisə zamanı xəsarət alan olmadığı bildirilib.

"Ətrafdakı əhalinə heç bir təhlükə yoxdur və xahiş edirik ki, təhlükəsizlik əməliyyatları davam etdiyi müddətdə həmin sahəyə yaxınlaşmasınlar", - şirkətin müraciətində qeyd edilib.

Yerli mediada əks olunan görüntülərdə "Starship" raketinin qalxma platformasında nasaz olduğu və nəhəng atəş topuna çevrildiyi görünür.

Qeyd edək ki, boyu 123 metr olan "Starship" dünyanın ən böyük və ən güclü raketi hesab olunur və Maskın Marsa koloniyaların qurulması yönündəki uzunmüddətli planlarının əsasını təşkil edir.

"Starship" tamamilə təkrar istifadə edilə bilən bir raket olaraq 150 ton ağırlığında yük daşıma qabiliyyətinə malikdir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
bizimyol.info

1Mənbələr