Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.
O, erməni lobbisinin sifarişi ilə Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"də Azərbaycana qarşı anormal fikirlər səsləndirdi
Azərbaycan iqtisadi, siyasi, hərbi və digər sahələrdə yeni-yeni nailiyyətlər qazandıqca bəzi xarici ölkələrin qaranlıq dairələrin ölkəmizə qarşı qərəzli münasibətləri bir qədər də dərinləşir. Xüsusilə də Azərbaycan torpaqlarını erməni işğalından azad etməsindən sonra mütəşəkkil xarici məkrli dairələrin anti-Azərbaycan kampaniyası daha da genişlənib. Qonşuluğumuzda dövlət quruluşu formalaşdırıb, hədəflərini yaxın-uzaq dövlətlərin daxili işlərinə burnunu soxan Rusiyadakı şəbəkə ölkəmizə qarşı ikili siyasət həyata keçirir. Hadisələrin inkişafı onu təsdiq edir ki, Rusiyanın məkrli dairələrinin Azərbaycanla bağlı tarixən mövcud olan ikili siyasəti bu gün də dəyişməz olaraq qalır. Ermənilərin torpaqlarımızı işğal etdiyi dövrdə olduğu kimi tarixi Zəfərin qazanılmasından sonra ölkəmizə qarşı istifadə olunan ikili standartlar siyasəti daha açıq, daha aqressiv müstəviyə keçib. Məqsəd isə dəyişməyib, geosiyasi maraqlar naminə hələ də selektiv yanaşmaya, ayrı-seçkiliyə üstünlük verilir. Rusiya hakimiyyətinin ayrı-ayrı erməni təəssübkeşləri Azərbaycanı hədəfə almaqla öz dayaz düşüncələri ilə ölkəmizə siyasi təzyiq edə biləcəklərini düşünürlər. Lakin Azərbaycanda bir məşhur el məsəli var: "İt hürər karvan keçər". Azərbaycan öz hərbi, siyasi qüdrəti ilə elə Rusiyanın himayədarlığı ilə erməni işğalına məruz qalan torpaqlarını 44 günlük Vətən Müharibəsi ilə azad edib, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Rusiya prezidenti Putinin köməkçisi Vladimir Medinskinin Qarabağı mübahisəli bölgə adlandırması, Rusiyalı teleaparıcı Vladimir Solovyovun, erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın və digərlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sərsəm fikirlər səsləndirmələri küçə itinin göydəki ulduza hürməsinə bənzəyir.
Vladimir Solovyovun daim əli erməni lobbisinin cibində olub
Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, Rusiyalı teleaparıcı Vladimir Solovyov ölkəsində çirkli pulların əsas iştirakçıları olan erməni cinayətkar şəbəkəsi ilə geniş əlaqələri mövcuddur. Zaman-zaman bu cür separat əlaqələrə dair məlumatlar yerli və xarici media orqanlarına sızdırılıb. Qeyd olunur ki, V. Solovyov Samvel Karapetyan, Sergey Ambartsumyan, Ruben Tatulyan və digər erməni milyarderlərin yaratdığı şəbəkənin fəal üzvü və iştirakçısıdır. Dəfələrlə şəbəkənin sifarişi əsasında V. Solovyov TV verlişində Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb.
2022-ci ildə erməni tulası rolunda çıxış edən V. Solovyov özünü qondarma separatçı rejimin xarici işlər naziri, hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan David Babayanı "Solovyov Live" proqramına dəvət edərək onunla dedi-qodu xarakterli müzakirələr qurmağa çalışmışdır. Lakin sonradan başından böyük qələtlər etdiyini anlayan erməni qazanının dibini yalayan ünsür Azərbaycandan üzr istəməyə məcbur olmuşdur. Üzrxahlıq çıxışında Solovyov bildirmişdir ki, başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir: "Mən şəxsən bu prioritetlə tam razıyam. Dünən səhər proqramımda baş verənlər Bakı tərəfindən qəbuledilməz kimi qiymətləndirilib. Buna görə şəxsən Azərbaycandan üzr istəyirəm. Bu, mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlar yaşayırıq, səhvlər olur".
44 günlük Vətən Müharibəsi dövründə Solovyov adət etdiyi tərzini davam etdirmişdir. Hətta erməniləri terrora həvəsləndirmək üçün pafoslu fikirlər də səsləndirməkdən çəkinməmişdir. Bir epizodda isə özünü rüsvay edərək, tüpürgəc qabına çevirmişdir. Belə ki, verilişində döyüşə könüllü getmək istəyən izdihamı göstərək "baxın, bunlar ermənilərdir, döyüşə getmək üçün sıraya... ", fikrini tamamlamadan susmuşdur. Diqqətlə kor gözlərini qıyıb baxdıq da, izdihamda Azərbaycanın üçrəngli bayrağını görüb "bu ki azərbaycanlılardır" deyərək əməkdaşlarına acıqlı səslə "sizin başınız xarab olub", - deyə bildirmişdir. Bununla da həqiqətən də erməni lobbisinin fəal üzvü olduğunu nümayiş etdirdi. Torpaqlarımız erməni işğalından azad edildikdən sonra da V. Solovyov ətəyində olan erməni daşlarını yerə atmamış və ara-sıra ölkəmizə qarşı hədyanlar səsləndirmişdir. Bu dəfə erməni dığasından düşüncə və əxlaq baxımından heç də fərqlənməyən Solovyov ağalarından biri olan Samvel Karapetyanın Ermənistanda həbs olunmasından sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sərsəm xarakterli ifadələr qeyd etmişdir. Azərbaycanın tarixi şəhəri olan İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən V.Solovyov Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və nitqində bir neçə dəfə mövcud olmamış qondarma "Artsax"ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin "Artsax" kimi olacağını deyib. Təbii ki, onun bu yekəbaşlığı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. Buna görə haqlı olaraq qınalır, ittiham edilir.
"Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib". Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir. Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə "Artsax" ifadəsini işlədib, Ermənistan hakimiyyətini "Artsaxı hədiyyə etməkdə" günahlandırıb, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə "Artsaxın taleyi gözlədiyini" deyib."Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləmiş, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə vermişdir. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olmuş, ziddiyyətli mahiyyət daşımış və Azərbaycanda adekvat reaksiyalara səbəb olmuşdur.
Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir. Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik", - açıqlamada qeyd olunub.
Simonyan və Solovyov eyni bezin qırağıdılar
Erməni lobbisinin əlində alətə çevrilən V.Solovyov və erməni əsilli Rusiya jurnalisti və televiziya aparıcısı Marqarita Simonyan jurnalist prinsiplərinə, peşə-etika qaydalarına əməl etməkdən uzaqdılar. Çünki onlar idarə olunan "jurnalist"lər hesab olunurlar. Hətta dövlət səviyyəsində onların təxribatçı fəaliyyətləri maliyyəşdirilir. "Delfi Estonia" nəşri Vladimir Putin Administrasiyasından əldə etdiyi sənədə görə 2023 və 2024-cü illərdə Rusiya hakimiyyəti teleaparıcı Vladimir Solovyova hər il 1,5 milyard rubl, yəni 16 milyon 340 min dollar pul ayırıb. Əldə olunan sənədlə bağlı nəşr yazır ki, Solovyova ayrılan maliyyə vəsaiti üç kateqoriyaya bölünüb və bunun üçün 110 milyard rubl ayrılıb: prezident seçkisi, informasiya və ideoloji müharibə və yeni regionlar.
Rusiya dövləti və erməni lobbisi tərəfindən ayrılan vəsaitlərin qarşılığında V.Solovyov hər cür vicdansızlıqlar etməkdən çəkinmir. O, üzərinə qoyulan vəzifələrə uyğun olaraq erməni maraqlarından çıxış etmək üçün dəridən qabıqdan çıxır. Çalışır ki, Ermənistandakı tarixin arxivinə göndərilən revanşistlər yenidən başlarını qaldırıb ətrafa boylansınlar. Həm də ümid edir ki, Paşinyanın devrilməsi ilə yenidən İrəvanda Azərbaycana qarşı müharibə ovqatı yarana bilər. Ancaq bu məxluq anlamır ki, artıq ötən əsrin 90-cı illəri deyil, bu gün dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan güclü və qüdrətli Azərbaycan dövləti mövcuddur. Əgər Paşinyan zibilliyə göndərilib, yeni qüvvələr Ermənistanda hakimiyyətə gəlsələr və ölkəmizə qarşı təxribatlara cəhd edərlərsə, o zaman Zəngəzuru, ümumilikdə isə oyuncaq dövlətlərini itirə bilərlər.
İLHAM ƏLİYEV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.