AZ

Qaradağda qətl törədən şəxsə hökm oxunub

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bakıda qohumunu qətlə yetirməkdə təqsirləndirilən görmə məhdudiyyətli Qulu Abbasovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vuqar Seyidovin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Qulu Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Qaradağ rayonunda baş verib. Qulu Abbasov qohumu Xanlar Əmirovu şəxsi münasibətlər zəmnində bıçaqla qətlə yetirməkdə şübhəli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
cebheinfo.az

5Mənbələr