AZ

Mingəçevir Dövlət Universitetində əməkdar müəllimlərlə görüş

Bakı, 19 iyun, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov ali məktəbin əməkdar və təcrübəli müəllimlər ilə görüşüb.

MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin inkişaf perspektivləri, qarşıda duran hədəflər və planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.

Rektor qeyd edib ki, universitetin qocaman və təcrübəli müəllimlərinin MDU-nun tədris, elm və idarəetmə proseslərində aktiv şəkildə iştirak etmələri ali məktəbin dayanıqlı inkişafında əhəmiyyətli rol oynayırlar. O vurğulayıb ki, bu nəsil yalnız zəngin biliyi ilə deyil, həm də ali təhsil sistemində formalaşdırdığı insan kapitalı ilə seçilir.

Gənc müəllimlərin peşəkar və mənəvi inkişafında əməkdar kadrların müstəsna rolunun olduğunu xüsusi qeyd edən rektor A.Eminov hər uğurlu gənc müəllimin arxasında onu ruhlandıran, istiqamət verən və öz nümunəsi ilə yol göstərən bir qocaman müəllimin dayandığını bildirib.

Müəllimlər onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Görüş zamanı müəllimlərin sualları cavablandırılıb, ideya və təklifləri dinlənilib.

Seçilən
0
2
azertag.az

3Mənbələr