AZ

"SpaceX"in “Starship” raketi havaya qalxmamış partladı - VİDEO

Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi kosmik nəqliyyat şirkəti “SpaceX” “Starship” adlı nəhəng kosmik raket layihəsi çərçivəsində daha bir uğursuz sınaqla gündəmə gəlib. 

Valyuta.az xəbər verir ki, son dövrlərdə bir neçə dəfə uğursuz sınaq buraxılışları ilə diqqət çəkən şirkət bu dəfə raketin uçuş öncəsi test mərhələsində baş verən partlayışla üzləşib.

Məlumata görə, partlayış zamanı raket hələ yerindən qalxmamış olub. Hadisə ABŞ-ın Texas ştatında yerləşən “SpaceX” poliqonunda baş verib. 

Partlayış statik yanğın testi mərhələsinə keçməmişdən əvvəl yaşanıb. Raketin gövdəsində qeydə alınan nasazlıq nəticəsində güclü partlayış baş verib və həmin anlar kameralar tərəfindən qeydə alınıb.

Şirkətdən verilən ilkin açıqlamada bildirilib ki, insan tələfatı və ya xəsarət alan olmayıb. Bununla belə, baş verən partlayışdan sonra başlayan yanğın təxminən iki saatdan artıq müddətə söndürülə bilib.

Qeyd edək ki, “Starship” raketləri Mars missiyası üçün nəzərdə tutulmuş, tamamilə yenidən istifadə edilə bilən kosmik daşıyıcılardır. Bu isə həm texniki baxımdan, həm də təhlükəsizlik baxımından ciddi risklər yaradır. “SpaceX” indiyədək bu raketlərlə bağlı bir neçə sınaq həyata keçirib və əvvəllər də partlayış hallarına rast gəlinib. 

Lakin bu dəfəki hadisə fırlatma mərhələsinə belə çatmadan baş verməsi ilə fərqlənir. Şirkət hadisənin dəqiq səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. “SpaceX”in növbəti sınaqlarının nə vaxt keçiriləcəyi də məlum deyil.

Sərvanə Rəmixanova

Seçilən
9
valyuta.az

1Mənbələr