AZ

İrana hücum planı təsdiqlənib? - Trampdan AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp “Wall Street Journal”ın onun İrana hücum planlarını təsdiqlədiyi, amma bunu həyata keçirib-keçirməyəcəyinə dair qərarsız olduğu barədə xəbərinə cavab verib.

Turkustan.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

Tramp qeyd edib: “Onların heç bir fikri yoxdur”.

“The Wall Street Journal” bundan əvvəl yazmışdı ki, ABŞ Prezidenti Donald Tramp İrana hücum planını təsdiqləyib.

Məlumata görə, Ağ Evdə keçirilən xüsusi iclasda Tramp ordu rəhbərliyinin təqdim etdiyi planı imzalayıb. Baş Qərargahın hazırladığı sənəddə ABŞ ordusunun İrandakı hədəfləri və bu hədəfləri məhv etmək üçün hansı təyyarələr və silahlardan istifadə edilməsi barədə bir çox detallar yer alıb. Ancaq ABŞ Prezidenti planın icrası ilə bağlı qərar verməyi təxirə salıb./teleqraf

Seçilən
3
2
turkustan.az

3Mənbələr