AZ

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Ajans.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 19-da Qəhrəmanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışı zamanı deyib. Türkiyə lideri xatırladıb ki, o, mayın 28-də Azərbaycanın Müstəqillik Günündə Laçında olub. Füzuli və Zəngilanın ardınca orada beynəlxalq hava limanı açılıb. “Qardaşım İlham Əliyevlə birlikdə yeni hava limanının açılışında iştirak etdik”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti ümidvar olduğunu bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması regionun inkişafı və bərpası istiqamətində səylərə yeni impuls verəcək.

Seçilən
0
12
Ajans.az

10Mənbələr