AZ

Mbappe xəstəxanaya yerləşdirildi

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.

Adalet.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, fransalı forvardda əsasən yay mövsümündə rast gəlinən qastroenterit xəstəliyi aşkarlanıb. Mbappe müxtəlif testlərdən keçəcək və bir müddət xəstəxanada müalicə alacaq. Oyunçunun hansı tarixdə yaşıl meydana qayıdacağı hələlik dəqiq deyil.

 

Seçilən
9
8
adalet.az

9Mənbələr