AZ

Toya gedən ailə qəzaya düşdü - 5 yaralı var

Lənkəran rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Fəxrəddin Mirzəyevin idarə etdiyi “Toyota Prado” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəzada 2003-cü il təvəllüdlü Afət Mirzəyeva, 1980-cı il təvəllüdlü Yeganə Alişanova,  2005-ci il təvəllüdlü Fəxriyyə Mirzəyeva, 1966-cı il təvəllüdlü Tahirə Alişanova və 2012-ci il təvəllüdlü A.Məmmədov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qəzaya düşənlər sürücünün ailə üzvləri və yaxın qohumlarıdır, onlar Lerik rayonuna toy məclisinə gedirmiş.

“Cebheinfo.az”

Seçilən
0
24
cebheinfo.az

10Mənbələr