AZ

Milli Moldovaya qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.

Futbolpress.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan oyun millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri iyunun 21-də eyni məkanda ikinci yoxlama görüşündə üz-üzə gələcəklər.

Seçilən
2
20
futbolpress.az

7Mənbələr